Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova bu gün yol qəzası keçirib.
Gün.Az-ın xəbərinə görə, jurnalist Səbail rayonu ərazisində yaşadığı mənzilin yaxınlığında yolu keçmək istəyərkən taxta yüklənmiş "VAZ-06" markalı avtomobil tərəfindən vurulub.
Jurnalist başından və boynundan xəsarət alıb və Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sürücü vurduğu şəxsə kömək etmədən hadisə yerindən qaçıb.