Bakıda təmənnasız qanvermə aksiyası həyata keçiriləcək

GƏNCLİK
22:31 21.04.2013
1317

27 Aprel, 2013-cü il tarixində ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, FLEX proqram məzunları təşkilatçılığı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə “Global Youth Service Day” kampaniyası çərçivəsində Mərkəzi Qan Bankında irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi ilə təmənnasız qanvermə aksiyası həyata keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, saat 12:00-dan başlayaraq bir neçə saat davam edən aksiya ictimaiyyətə açıq olduğundan gün ərzində sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəsin iştirak etməsinə imkan yaradılacaqdır. Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaqdır.

OXŞAR XƏBƏRLƏR