AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu ərazisində yerləşən yoldan gedir.
Sakinlərin sözlərinə görə, burada kanalizasiya xətti çəkilir və ötən ildən ərazidə iş aparılır. Hətta qazıntı səbəbindən ərazidə qəza da baş verdiyini deyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ərazidə Pirşağı gətirici kollektorunun inşası işləri aparılır. Orda təxminən 30 metr məsafə qalıb. Birləşməni verdikdən sonra qrunt sularının çəkilməsi həyata keçiriləcək. Qrunt suları olduğuna görə o yolu bərpa eləmək olmur. Qrunt sularını məhlələrdən də həmin xəndəyə vururlar. Ona görə də yolu kipləşdirib bərkitmək alınmır. 30 metrlik xətt başa çatdıqdan sonra yol bərpa olunacaq.











































