Bakıda Texniki Universitetin yataqxanasında 2 gənc qanına qəltan oldu
Bütün Xəbərlər
12:30 24.08.2013
4448
Bu gecə Bakının Yasamal rayonu ərazisində universitet yataqxanasında bıçaqlanma olub. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan Fizuli rayonundan olan məcburi köçkünlər 1986-cı il təvəllüdlü Şahlar Vaqif oğlu Zeynalov və 1984-cü il təvəllüdlü Xəyyam Akif oğlu Əliyev vurulub.