Bakıda tikinti şirkəti vətəndaşın obyektini bir ildir qanunsuz dağıdıb və bərpa etmək istəmir - FOTO/VİDEO

Bakıda tikinti şirkəti vətəndaşın obyektini bir ildir qanunsuz dağıdıb və bərpa etmək istəmir - FOTO/VİDEO
SOSİAL
20:15 18.02.2021
570

"İbrahim-Q” mənzil-tikinti korperativi Bakı şəhər sakini Eldar Rzayevin obyektini dağıdıb.

Bu iddia ilə Oxu.Az-a açıqlamasında E.Rzayev özü çıxış edib.

Onun sözlərinə görə, Əlibəy Hüseynzadə və Murtuza Muxtarov küçəsinin kəsişməsində yerləşən obyektinin divarları "İbrahim-Q” MTK tərəfindən dağıdılıb, yararsız hala salınıb:

"Mən bu obyekti 2004-cü ildə almışam. 2020-ci ilin mart ayına kimi fəaliyyət göstərib. 2019-cu ildə "İbrahim-Q” MTK qonşu məhəllədə yaşayan sakinləri köçürdüb. 2020-ci ilin yanvarında bizə bildirdilər ki, sizi burdan köçürəcəyik.

Onlar ərazini bağlayıb, əhalini oradan köçürən zaman mən şirkət nümayəndələrinə dedim ki, siz mənə tikinti üçün icazə sənədlərini göstərin. Onların bizə ilkin təqdim etdiyi paket tikintinin başlanması üçün lazım olan sənədlərin toplanmasına dair icazə idi, tikinti aparmaq üçün isə sənədləri yox idi”.

Obyekt sahibi bildirib ki, şirkət sakinlərə dolğun məlumat verməyib və tikinti üçün tam sənədlər paketi toplamamış ev sahibləri ilə danışıqlar aparıblar:

"Burada yaşayan əhalini aldadıblar ki, bura pilot layihədir. Amma bu, yalan məlumatdır. Məhəllədə təxminən 10 ailə yaşayırdı. Tikinti üçün tam sənədlər paketi toplamamış şirkət çalışırdı ki, sakinləri tez oradan köçürsünlər. Həmin vaxt Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etdik ki, gəlib ərazidə onların qanunsuz əməllərinə baxış keçirsinlər. Heç kim gəlmirdi.

Şirkət kimi köçürdüsə, həmin gün evlərini dağıdırdı. Burada indi iki ailə qalıb. Onların evləridir, birdə mənim obyektim. Şirkət nümayəndələri mənə dedilər ki, siz narahat olmayın, biz sizinlə məsələni tam həll edəcəyik, amma heç bir nəticə olmadı”. 

E.Rzayev bildirib ki, obyektinin ümumi sahəsi 70 kvadrat metrdir:

"Qonşunun evini sökəndə mənim obyektimin də divarı, damı, kommunikasiya xətləri dağıdılıb, qəza vəziyyətinə salınıb. Qonşularla razılaşıb onların evlərini sökəndən sonra tikinti şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizim evlərin qəzalı olması barədə sənəd alıb. Tikinti aparmaq üçün icazə isə 2020-ci ilin yayında verilib”.

Şikayətçi əlavə edib ki, obyektinin yararsız hala salındığını gördükdən sonra məhkəməyə müraciət edib:

"Hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmişəm. Məhkəmədə bildirdim ki, "İbrahim-Q” MTK mənim obyektimi bərpa etsin, dəyən maddi ziyanı qarşılasın”.

"Bu ərəfədə mən yenidən şirkət nümayəndələri ilə görüşdüm. Bildirdilər ki, obyektin sahəsi yenidən ölçüləcək. Amma yenə də məni aldatmaq istəyirlər, obyektimə girişi uyğun olmayan yerdən ayrılmasını nəzərdə tuturlar.

Əgər şirkət mənim obyektimi sökmək istəyirsə, o zaman mənimlə razılığa gəlməlidir, cünki mən obyektimin bərpa olunmasını istəyirəm. Şirkət isə hansısa başqa yollara əl ataraq, məni aldatmaqla məşğuldur”.

"Mən istənilən halda ölkəmizdə qanunun aliliyinə inanıram və yenə də ümid edirəm ki, qanun çərçivəsində məsələ öz həllini tapacaq”, - deyə E.Rzayev bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO