Bakıda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 23-də Nəsimi rayonu ərazisindəki tikintidə işləyənlər - Bakı şəhər sakinləri Təranə İsgəndərova, Arzu Hüseynova, Yelena Yakubova və Nataliya Lazerova qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.