Oktyabrın 7-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən San Remo şadlıq evində keçirilən toy mərasimi zamanı 1966-cı ildə Neftçala rayonunda anadan olmuş və Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yaşayan Cəfərov Manaf Ağarəhim oğlu qəfil ölüb. M.Cəfərov oynadığı zaman qəfil yıxılıb. Təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.