Bakıda türk tələbədən 2500 manat pul oğurlandı

Bakıda türk tələbədən 2500 manat pul oğurlandı
Bütün Xəbərlər
18:10 04.10.2013
1042

Akuş Cüneyd universitetin qiyabi şöbəsinə keçmək istəyirmiş.

Bakıda Türkiyə Respublikasının vətəndaşı dələduzluq əməli ilə üzləşib.

AZXEBER.COM Lent.Az-a istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Türkiyə vətəndaşı, 1993-cü il təvəllüdlü Mühiyədin Akuş Cüneyd oğlu bu ilin yanvar ayında Üzeyir Hacıbəyov küçəsi 22 ünvanında tanışı Yaşar adlı şəxsə 2 500 manat verib.

Lakin sonradan Yaşar ilə əlaqə saxlamaq mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Mühiyədin Memarlıq və İnşaat Universitetinin tələbəsidir. O, universitetin qiyabi şöbəsinə keçmək istəyirmiş və Yaşar adlı şəxs bu işi öhdəsinə götürüb və Türkiyə vətəndaşından 2 500 manat istəyib. Pulu əldə etdikdən sonra isə həmin şəxs öhdəliyini yerinə yetirməyib.

Hazırda məsələ ilə əlaqədar araşdırmalar aparılır. Dələduzluq əməlini törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR