Bakıda üçəm doğuldu - FOTO

Bakıda üçəm doğuldu - FOTO
Bütün Xəbərlər
12:37 07.07.2014
1662
“Ana və uşaqların vəziyyəti normaldır”.
Bakıda doğuş nəticəsində üçəm dünyaya gəlib. 1 saat əvvəl baş verən doğuş “Oksigen” klinikasında gerçəkləşib.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Modern.az saytına doktor, qadın doğum uzmanı Hakan Tanrıverdi yeni övlad dünyaya gətirən ailənin icazəsi əsasında məlumat verib.
Həkimin sözlərinə görə, bu, 35 yaşlı ana Mətanət Əhmədovanın birinci hamiləliyidir.
“3 qız övladı dünyaya gəlib. Doğuş qeysəriyyə əməliyyatı ilə həyata keçirilib, cəmi 40 dəqiqə çəkib. Uşaqların çəkisi 2,5 kq, 2, 250 kq, 2,1 kq-dır. Ana və uşaqların vəziyyəti normaldır” - deyə həkim bildirib.
OXŞAR XƏBƏRLƏR