Bakıda Ukrayna vətəndaşı sevgilisini qətlə yetirdi

Bakıda Ukrayna vətəndaşı sevgilisini qətlə yetirdi
Bütün Xəbərlər
11:31 05.05.2015
1208
Azərbaycan paytaxtında qətl törədilib
Səbail Rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Rəsul Rza küçəsi 16, mənzil 46 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Elnur Şahmurad oğlu Hümbətov aralarında yaranan mübahisə zəminində qeyri-rəsmi nikahda olduğu, 1989-cu il təvəllüdlü İlahə Vidadi qızı Ağayevanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən E. Hümbətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR