Bakıda univermaq çöküb: dağıntılar altında qalanlar var

Bakıda univermaq çöküb: dağıntılar altında qalanlar var
Bütün Xəbərlər
15:58 26.01.2016
3442
Bakıda univermaq çöküb.
AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.
Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.
Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Xəsarət alanlar 36 yaşlı Elşad Abdullayev və 30 yaşlı Bəhruz məmmədov 3 saylı Sabunçu rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti normaldır. Onlara çanağın qırılması və yüngül bədən xəsarətləri diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR