Bakıda universitetdə çalışan 33 yaşlı qadının ŞOK FIRILDAĞI

SOSİAL
11:44 25.11.2021
388
Azərbaycan Texniki Universitetinin sabiq əməkdaşı, 1988-ci il təvəllüdlü K.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (Rüşvət verməyə təhrik etmə) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

K.Quliyevanın barəsində CM-nin 79.1-ci (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

İttihama görə, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer və mütəxəssis vəzifəsində çalışmış K.Quliyeva həmin universitetdə təhsil almış tələbələrdən 2019-cu ildə kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün rüşvət alıb. Belə ki, o elektron informasiya sisteminə tələbə Səma Yaqubovanın dərslərdə iştirak etmədən və qiymət almadan məlumatlarınnı daxil ediləcəyinə söz verən Kifayət Quliyeva S.Yaqubova və qayınanasından 10200 manat pul alıb. Lakin o, verdiyi vədə əməl edə bilməyib.

İbtidai istintaq dövründə o, qarşı tərəfə 9500 manat ödəyib və aralarında barışıq sazişi imzalanıb.
 
///Publika.az

OXŞAR XƏBƏRLƏR