Bakı şəhəri Səbail rayonu ərazisində naməlum kişi meyiti tapılıb. AZXEBER.COM lent.az-a istinadən bildirir ki, Rəşid Behbudov küçəsi 4 ünvanının qarşısında, Azərbaycan Pedaqoji Universitetinin giriş qapısında 40-45 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin baxış nəticəsində meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Ölən şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.