21:28 Bazar Günü, 26 Yanvar 2020
SOSİAL

Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü

13:38, 16.11.201916500
Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. 

Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

"Report"un əldə etdiyi məlumata görə, Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.

S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.

Faktla bağlı araşdırma aparılır.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ