Tovuzda ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











































