Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olub.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.
Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb.