Bakının 8 Noyabr prospektində yerlər müəyyən edilib, hətta elektrik naqilləri də çəkilib, lakin dirəklər hələ də quraşdırılmayıb.
AZXEBER.COM Xəzər TV-yə istinadən məlumat verir ki, prospektin bir hissəsində piyadalar üçün nəzərdə tutulan işıq dirəkləri qurulsa da, digər hissəsində işlər yarımçıq qalıb.
Bu da sakinlərin narazılığına səbəb olur. Onlar bildiriblər ki, mövcud vəziyyət birbaşa təhlükə mənbəyidir.
Ətraflı süjetdə: