Bakıda uzun müddət axtarışda olan qadın və kişi saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nizami rayon Polis İdarəsi və 24-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci maddəsilə axtarışda olan 1963-cü il təvəllüdlü Əhliman Camalov və 1972-ci il təvəllüdlü Xatirə Xalıqova tutulublar.
Qeyd edək ki, onlar uzun müddət axtarışda olublar.
Faktla bağlı araşdırma aparlır.