Bakıda vəhhabi şiə namazı qılan gənci döydü - VIDEO

Bakıda vəhhabi şiə namazı qılan gənci döydü -  VIDEO
Bütün Xəbərlər
11:57 27.12.2013
2625
Bakının Müşfiqabad qəsəbəsində vəhhabi şiə namazı qılan şəxsi xəstəxanalıq etdi.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, gənclər arasında dinlə bağlı bir həftə davam edən söz-söhbət sonradan dava-dalaşa səbəb olub.
Nəticədə, Müşfiqabad qəsəbəsində məscidin qarşısında vəhhabi təriqətinə mənsub olan Məhəmməd Məmmədov Ruslan Mövsumova yüngül xəsarət yetirib. Məhəmməd Məmmədov deyib ki, zərərçəkən onu çiyni ilə vurub.
İlkin dindirmə zamanı məlum olub ki, Məhəmməd Məmmədov Ruslan Mövsumovla əvvəllər də mübahisə edirmiş. Fikir ayrılığına səbəb kimi zərərçəkən şəxsin şiə namazı qılması göstərilir.
Məlumata görə, səhhəti ilə əlaqədar zərərçəkən şəxsin ifadəsi hələlik tam alınmayıb.
OXŞAR XƏBƏRLƏR