Bakıda dövlət bayrağı günü münasibətilə velo-yürüş keçirildi. Yürüşdə həm peşəkar, həm də həvəskar velosipedçilər iştirak ediblər.
AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, 100-ə yaxın velosipedçi “bayrağımız qürur mənbəyimizdir” adı altında keçirilən velo-yürüşə qatılıb. Artıq ənənə halını almış yürüşə Şıx qəsəbəsində yerləşən veloparkdan start verildi.
Yarış iştirakçılarının yol boyu təhlükəsizliyi təmin olunmuşdu. Velosipedçilərin son dayanacağı isə dənizkənarı parkdakı “Bayraq meydanı” idi. Qəzasız başa çatan yüruşün sonunda iştirakçıların əhval-ruhiyyəsi olduqca yüksək idi.
Bayraq gününə həsr olunmuş yürüşün keçirilməsində məqsəd həm də gənclər arasında velosiped idmanının təbliğidir.