15:44 Cümə Axşamı, 20 Iyun 2019
SOSİAL

Bakıda videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü

17:55, 14.05.20194954
Bakıda videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü
Bakıda avtomobillə vurulan tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. 

AZXEBER.COM xəbər verir ki, Ona-nın əldə etdiyi xəbərə görə, bu gün "28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.
XƏBƏR LENTİ