Bakıda xadimə işlədiyi evdən 15 minlik qızıl oğurladı

Bakıda xadimə işlədiyi evdən 15 minlik qızıl oğurladı
SOSİAL
13:37 12.02.2021
503
Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Verilən məlumata görə, Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.
OXŞAR XƏBƏRLƏR