Bakıda xanım sərnişinə çay təklif edən və ona sataşan taksi sürücüsü saxlanıldı - VİDEO

Bakıda xanım sərnişinə çay təklif edən və ona sataşan taksi sürücüsü saxlanıldı - VİDEO
SOSİAL
10:17 03.12.2021
4466
Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülər araşdırılıb:

"Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilib. Taksi sürücülərinin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş açıqlama veriləcək”, - o vurğulayıb.
 
OXŞAR XƏBƏRLƏR