Bakıda xanım sürücü ilə yol polisi arasında mübahisə - VİDEO

Bakıda xanım sürücü ilə yol polisi arasında mübahisə - VİDEO
Bütün Xəbərlər
16:10 08.05.2015
12676
Bakıda xanım sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə yaranıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Yayılan video xanım sürücünün idarə etdiyi avtomobilin müşahidə kamerası vasitəsilə çəkilib. Vidoda görünür ki, xanım avtomobili idarə edərkən qarşıdan hansısa sürücü siqnal verir. Bu zaman yol polisi əməkdaşı xanım sürücüyə qışqırır. Yol polisinin sözlərindən sonra xanım sürücü polisə qışqırır. Təhqir olunduğunu deyən sürücü yol polisinə eyni şəkildə cavab verir.
Sonradan mübahisə böyüyür. Məsələni araşdırmaq üçün digər yol patrul xidmətinin əməkdaşları gəlir. Əvvəlcə xanımı maşından çıxardıb, avtomobili cərimə meydançasına aparmaq istəyirlər. Sonradan hansısa səbəbə görə xanım sürücünü buraxırlar.
AZXEBER,COM yayılan videonu təqdim edir:
OXŞAR XƏBƏRLƏR