Bakıda xarab şor satılan sex bağlandı - FOTOLAR

Bakıda xarab şor satılan sex bağlandı - FOTOLAR
SOSİAL
11:00 17.04.2025
537
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Qurumdan AZXEBER.COM-a verilən xəbərə görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib.

Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
08:21 31.10.2026
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb