Bakıda xəsarət alan almanla bağlı açıqlama

Bakıda xəsarət alan almanla bağlı açıqlama
Bütün Xəbərlər
14:48 02.05.2012
1274

Azərbaycanda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi üçün "Bakı Kristal Zalı"nda aparılan hazırlıqlar zamanı "Brainpool" şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. Bununla bağlı "Brainpool" şirkəti açıqlama yayıb.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir.

"Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib. "Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib.

Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub" - deyə Yorq Qraboş bildirib.

OXŞAR XƏBƏRLƏR