Ötən il Bakıda Kliniki Tibbi Mərkəzdə görünməmiş olay baş verib.
ANS PRESS-in məlumatına görə, xəstəxananın infeksion şöbəsində müalicə edən qadınla digər şöbədə müalicə edən kişi arasında isti münasibətlər yaranıb. Hər iki xəstənin münasibətləri sonradan daha da genişlənib.
Müalicədən sonra evlərinə buraxılan xəstələrin sonra da münasibətləri kəsilməyib. Bir uşaq anası olan qadın Masallı rayonunda əri ilə birgə yaşadığı üçün müalicədən sonra rayona qayıdıb.
Bakıda yaşadığı məhəbbətini unuda bilməyən qadın sonradan palata yoldaşı ilə danışırmış. Bu məsələdən də qadının həyat yoldaşı xəbər tutub. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verən kişi qadının onu aldatmasından şikayətlənib.
Yayılan məlumatı dəqiqləşdirmək üçün Masallı rayon hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. ANS PRESS-ə verilən açıqlamada bildirildi ki, əslində belə hadisə qeydə alınıb. Lakin sonradan ailədə yaranan narazılıq aradan qalxıb.
Kişi ilə qadın arasında yaranan anlaşılmazlıq həll olunub. Kişi şikayətindən əl çəkib. Hazırda ailədə heç bir problem yoxdur.