Bakıda yanan avtobusda xəsarət alanlar dünyasını dəyişdi

Bakıda yanan avtobusda xəsarət alanlar dünyasını dəyişdi
Bütün Xəbərlər
13:00 27.08.2013
2502

Dörd gün əvvəl Bakıda avtobusda baş verən yanğında xəsarət alan iki nəfər xəstəxanada ölüb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də “Mercedes” markalı avtomaşının yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov avqustun 26-da orada ölüblər.

Qeyd edək ki, hadisə avqustun 23 ü Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı, RJB 777 GE dövlət nömrə nişanlı avtobus elektrik naqillərində yaranan problem nəticəsində yanıb.

 

OXŞAR XƏBƏRLƏR