Mağaza sahibi müqəddəs kitabı külün və yanmış mebellərin arasından tapıb.
Bakıda, “Sahil” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı mağazalardan birində Müqəddəs Qurandan başqa demək olar ki, bütün əşyalar yanıb.
Yanğından sonra mağaza sahibi müqəddəs kitabı külün və yanmış mebellərin arasından tapıb.
Sosial şəbəkədə yerləşdirilən müqəddəs kitabın fotoları tez bir zamanda yayılıb.
Qeyd edək ki, “Sahil” metrostansiyasının üstündə yerləşən binada yanğın 1500 kv.metr ərazini əhatə edib və saat yarım vaxt ərzində söndürülüb.

