Bakıda yanğından xilas olunan 6 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb

Bakıda yanğından xilas olunan 6 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb
Bütün Xəbərlər
16:23 11.10.2013
706

Bakıda yanğın hadisəsi baş verib. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 62 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin övladları - 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. N.Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

OXŞAR XƏBƏRLƏR