Bakıda yaşayış binasında yanğın başlayıb.
Yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.
///Anspress