Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda yaşayış binasında yanğın baş verdi
Bütün Xəbərlər
21:09 02.01.2013
947
Bu gün günorta saatlarında Yasamal rayonunda yanğın baş verib. Mehdi Hüseyn küçəsi 53, dalan 1-də yerləşən mənzilləri elektriklə təchiz edən lövhə qəfidənl yanmağa başlayıb. Yanğının qarşısını almaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Lövhənin nədən yandığı hələ məlum deyil. 40-a yaxın mənzili elektriklə təmin edən elektrik lövhəsinin 5 ay bundan əvvəl yeniləndiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR