Bakının Suraxanı rayonu Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbənin Cəfər Cabbarlı küçəsi ev 10 ünvanında yaşayan Babayev Əhəd Eyvaz oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı hadisədən sonra ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat otağına qaldırılan yaralının bədəninin müxtəlif nahiyyələrəində 4 bıçaq yarasının olduğu müəyyən edilib. Cərrahi müdaxilənə sonra Babayevin həyatını xilas etmək mümkün olub.
Qeydə alınan hadisə ilə bağlı Suraxanı rayon polis idarçsi və 31-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Bölmədən verilən məlumata görə, hələlik qanlı hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Əhəd Babayevi bıçaqlayan şəxsin müəyyən edilməsi istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, zərərçəkən Əhəd Babayev Əmircan qəsəbəsində molla kimi fəaliyyət göstərirmiş. Hadisədən əvvəl isə o, oğlu ilə birlikdə yas mərasimindən evə gəlirmiş.