06:50 çərşənbə Axşamı, 21 Yanvar 2020
HADİSƏ

Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər

15:32, 14.01.20203442
Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər
Bakıda 65 yaşlı qadın öz evində qarətə məruz qalıb.

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat daxil olub.

Yanvarın 13-ü saat 19:00 radələrində naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girib. Cinayətkar qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.

O, N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu oğurlayıb.

Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.

Faktla bağlı rayonun 20-ci Polis Bölməsinin əməkdaşları istintaq aparır. Hələlik həbs olunanlar yoxdur.

XƏBƏR LENTİ