Paytaxtda yanğın olub.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, dünən axşam saatlarında Nizami rayonunda 5 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində evlərin birində yanğın baş verib.Dərhal hadisə yerinə çağırılan FHN-in yanğınsöndürənləri əvvəlcə binadan 10 nəfər sakini təxliyə edib.Daha sonra yanğın bütün binaya yayılmadan qısa zamanda söndürülüb. Hadisə zamanı evlərin birində 1 ədəd çarpayı və yataq dəsti, 1 kv.m sahədə divar kağızı yanıb.Yanğının hansı səbəbdən çıxdığı bilinmir.