Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. Ümumi sahəsi 156 kv.m olan yeməkxananın 6 kv.m sahəsi və ona bitişik olan ofisin dam örtüyünün isə 44 kv.m sahəsi yanıb. Yeməkxananın qalan hissəsi və yaxınlıqda yığılmış taxta materiallar yanğından mühafizə olunub. Yanğın səhər saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.