Bakıda yeni aereport belə olacaq - FOTOLAR

Bakıda yeni aereport belə olacaq -  FOTOLAR
Bütün Xəbərlər
11:19 17.04.2014
1732
Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binasının yeni fotoları yayılıb.

İnşası 2011-ci ilin martında başlayan kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Yeni kompleksin bu il istifadəyə veriləcəyi gözlənilir. Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər. 

Üçbucaq şəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək. Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq. 

Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək. /Milli.az/

OXŞAR XƏBƏRLƏR