Bakıda yeni çəkilən yol nişanı nədir? - VİDEO

Bakıda yeni çəkilən yol nişanı nədir? - VİDEO
SOSİAL
22:39 21.07.2026
344
Yolun səthinə yeni nişan çəkilib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt ərazisində asfalt örtüyündə "Maksimum sürətin məhdudlaşdırılması" nişanı var.

Ekspert Anar Abbasovun sözlərinə görə, "Maksimum sürətin məhdudlaşdırılması" nişanındakı sürət həddinin yolun səthinə çəkilməsi dünyanın bir çox ölkəsində geniş tətbiq olunan təcrübədir. Bu xətlənmələr əsasən sürət məhdudiyyəti olan zonalarda istifadə edilir. 

Mütəxəssislər nişanlanma xətlərinin yol səthinə çəkilməsini müsbət qiymətləndiriblər.

Yerüstü Nəqliyyat Agnetliyindən "Xəzər Xəbər"ə bildirildi ki, asfalt qatına çəkilən nişan vizual olaraq sürücülərin diqqətini cəlb etmək məqsədi daşıyır. Hazırda bu yanaşma 30 km/saat sürət həddi müəyyən edilmiş Bakının mərkəzindəki yol sahələrində tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR