Mart ayının 16-da “ETXlazer Strika” MMC adlı məkanın açılışı olub.
AZXEBER.COM-un məlumatına görə, “ETXlazer Strika” MMC 2011-ci ildə kiçik sahibkarlar və dostlar qrupu tərəfindən yaradılıb. Azərbaycanın ilk iki qatlı idman arenasının açılışındaşou-biznes nümayəndələri də çıxış ediblər. Müğənnilərdən Natavan Həbibi, Elnur Məmmədov, Samira, rejissor Aynurə Tahirqızı, şoumen-teleaparıcı Murad Dadaşov, teleaparıcılardan Zaur Nəbioğlu, Aynur Talıbova, Murad Arif, RövşənCahangirov, Künül Arifqızı, stilist-vizajist Nigar İbrahimova və media nümayəndələri gəliblər. “ETXlazer Strika” MMC idman arenasının açılış oyununda siftəni elə məhz şou-biznes əhli edib. Komandalara bölünərək əyinlərinə xüsusi jilet geyinən şou əhli, lazer tapançalarla bir-birini vuraraq olduqca əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, tədbirin əsas təşkilatcısı isə radio aparıcısı İlahə Şıxlinkaya idi.
Ozal İbrahimli