Bakıda yerüstü piyada keçidi uçub.
Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.
