Bakıda yol keçən piyadanı maşın vurub öldürdü

Bakıda yol keçən piyadanı maşın vurub öldürdü
Bütün Xəbərlər
11:26 22.10.2012
839
Ötən gecə saat 02:30 radələrində Bakı şəhərinin Xətai rayonu Gəncə prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Əfsər Əsəd oğlu Xudiyevin idarə etdiyi “VAZ- 21015” markalı 90 MX 076 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan 1976-cı il təvəllüdlü Gəray Qoca oğlu Qocayevi vurub. Piyada hadisə yerindəcə keçinib.Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR