Bakıda yol polisi bu özbaşınalığı görmür?– VİDEO

Bakıda yol polisi bu özbaşınalığı görmür?– VİDEO
Bütün Xəbərlər
16:53 07.04.2015
2540
Bakıda sürücü mədəniyyətsizliyi insanların qəzəbinə səbəb olub. Piyadalar üçün yolda çəkilmiş “zebra” xətlərinə heç bir sürücü məhəl qoymur
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində piyada zolağında dayanan piyada dəqiqələrlə yolu keçmək üçün gözləməli olur. Heç bir sürücü onlara yol vermir və yüksək sürətlə ötüb keçir. Hər gün eyni problemlə üzləşən sakinlər acınacaqlı mənzərəni telefona çəkib Milli.Az-a göndəriblər.
Sakinlər deyirlər ki, maşınlar o qədər sürətlə hərəkət edir ki, piyada zolağında saxlayan avtomobili arxadan gələn başqa maşın vuraraq qəza da törədir. Ərazidə xidmət aparan yol polisi isə yaxınlıqdakı dairədə dayanaraq özlərinə sərfəli qayda pozuntularını görüb cərimələsələr də, piyadaların həyatı bahasına başa gələcək qayda polzuntularını "görmürlər".
Bakı Siqnal İdarəsindən bildirildi ki, problem həll olunacaq.
OXŞAR XƏBƏRLƏR