Bu gün Bakının Yasamanl rayonu ərazisində Caspian Plazanın qarşısında yol polisləri ilə sürücü arasında dava düşüb.
AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının sözlərinə görə, yol polisinin iddiaları ilə razılaşmayan sürücü onlara avtomobilin sənədlərini verməkdən imtana edib. Bu zaman bir xeyli mübahisə aparan yol polis xidmətinin əməkdaşları hadisə yerinə əlavə polislər çağırıblar.
Ona yaxın polisin bir sürücünün üzərinə düşməsi ətrafdakı sakinlər tərəfindən də qəzəblə qarşılanıb. Bu isə bir müddət sonra hadisə şahidləri ilə polislər arasında mübabahisənin başlamasına səbəb olub.Sürücü isə polis əməkdaşı ilə demək olar ki əlbəyaxa olmağa cəhd edib.
Bir müddət sonra sürücünü avtomobilindən düşürdə bilməyən polislər özləri onun avtomobilinə əyləşiblər və ondan maşını cərimə meydançasına sürməyi tələb ediblər.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib. Sürücü PPX avtomobilinə otuzdurularaq polis bölməsinə aparılıb.