Bakıda yol polisi piyadanı vurdu, əhali polisə hücum etdi - AÇIQLAMA + VİDEO

Bakıda yol polisi piyadanı vurdu, əhali polisə hücum etdi - AÇIQLAMA + VİDEO
SOSİAL
17:08 12.08.2016
2115

Sosial şəbəkələrdə polis əməkdaşının iştirakı ilə baş verən qəzanın videoçarxı yayılıb.

Kadrlara əsasən, polis əməkdaşı piyadanı vurub. Bir neçə yerli sakin isə hadisəni törədənə təzyiq göstərib.

AZXEBER.COM xəbər verir ki, oxu.az hadisəyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb.

V.Əsədov faktıtəsdiqləyərək bildirib ki, hadisə Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.

“Adıçəkilən videoçarxda hadisənin bir hissəsi verilib. Təfərrüatları müşahidə kameralarına çəkilmiş videoçarxdan görmək olar. Görüntülərə əsasən, qəsəbə sakini xidmətdə olan polis əməkdaşının işinə süni mane olmaq üçün bilərəkdən irəli atma hərəkəti edərək özünü polis maşınına vurub, daha sonra yerə yıxılıb”, - polis polkovniki bildirib.

V.Əsədovun sözlərinə görə, qəsəbə sakininə ekspert tərəfindən əzələ əziyi diaqnozu qoyulub.

Polkovnik qeyd edib ki, hadisədən dərhal sonra qəsəbə sakinləri tərəfindən polis əməkdaşına qarşı aqressiv hərəkətlər edilib.

“Polis əməkdaşı ciddi xəsarətlər alıb, hazırda hospitalda yatır. Polis maşınına da ciddi zədə dəyib – arxa şüşə sındırılıb, kapot əzilib. Hadisə ilə bağlı SuraxanıRayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Artıq 7 nəfər saxlanılıb”, - deyə polis polkovniki qeyd edib.

V.Əsədov vətəndaşları sürücülərə qarşı daha soyuqqanlı olmağa çağırıb. Oqeyd edib ki, istər polis əməkdaşı olsun, istər digər bir sürücü, bu cür hadisələr zamanı aqressiyaya yol vermək olmaz, soyuqqanlılıq göstərərək dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək