Bakıda yol polisi piyadanı vurdu

Bakıda yol polisi piyadanı vurdu
Bütün Xəbərlər
11:47 12.08.2014
1864
Faktla bağlı araşdırma aparılır.
Bakıda yol polisi əməkdaşı qəza törədib.
AZXEBER.COM xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı İlkin Lətifov idarə etdiyi BMW markalı, 10 YP 592 dövlət nömrə nişanlı xidməti avtomobili ilə piyada Rövşən Əlizadəni vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR