Bakıda yol polisi qanunu pozaraq qəza vəziyyəti yaratdı – VİDEO

Bakıda yol polisi qanunu pozaraq qəza vəziyyəti yaratdı – VİDEO
Bütün Xəbərlər
01:00 11.07.2014
3823

Yol polisi qanunu kobud şəkildə pozaraq qəza şəraiti yaradıb.

Jurnalist Əfsələddin Ağalarovun AZXEBER.COM-a verdiyi məlumata görə, DYP əməkdaşlarının ötən gecə qanunu kobud şəkildə pozması az qala onun qəza törətməsinə səbəb olacaqmış:

“3 mikorayon dairəsindən “Şamaxinka” adlanan ərazi istiqamətində hərəkət edən zaman DYP-yə məxsus xidməti avtomobil heç bir xəbərdarlıq etmədən, əsas yolda mənim olmağıma baxmayaraq qəflətən avtomobilimin önünə çıxdı. Bir az tez tərpənməyim qəzanın qarşısını aldı. Demək olar ki, yol polisi heç nə olmamış kimi yoluna davam etdi ”.

Jurnalist yol polisinin mayakı əvvəlcədən yandırmadığını, tələm-tələsik yolu kəsdiyi zaman yandırdığını deyib:

“Mən DYP avtomobilinə çatana qədər mayak yanmırdı. Mən onlara çatandan sonra avtomobilin mayakı yandırdılar və həmin an mənim önümə keçdilər. Mən həmin ansaatda 60 km sürətlə hərəkət edirdim. Qəzanın baş verməməsi sadəcə bir şans idi”.

Həmin görüntünü diqqətinizə çatdırırıq:

OXŞAR XƏBƏRLƏR