Bakıda yol polisi sürücünü döydü

Bakıda yol polisi sürücünü döydü
Bütün Xəbərlər
16:14 23.01.2015
813
Yanvarın 21-də Sabunçu rayonu ərazisində yol polisi ilə sürücü arasında dava olub.AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, münaqişə nəticəsində sürücü döyülüb və yaralı vəziyyətdə Suracanı rayonu 3 saylı xəstəxanaya yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, həmin şəxs Səbuhi Ələkbərov Cəlil oğlu olub. 27 yaşlı sürücüyə sol əlin üçüncü barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.İş Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Sürücü idarədə Əzizov soyadlı polis əməkdaşı tərəfindən dindirilib.
OXŞAR XƏBƏRLƏR