Bakıda yol polisini bıçaqlayan adam tutuldu

Bakıda yol polisini bıçaqlayan adam tutuldu
Bütün Xəbərlər
14:26 18.09.2013
861

Bakıda yol polisini bıçaqlayan şəxs tutulub. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantıRantiq Məmmədovu bıçaqlayan 1994-cü il təvəllüdlüElvin Arzu oğlu Mirzəyevtutulub. Qeyd edək ki, hadisə sentyabrın 16-da Səməd Vurğun küçəsində qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı R.Məmmədov xidmətdə olarkən sürücü tərəfindən bıçaqlanıb. Baş nahiyəsindən bıçaq xəsarəti alan R.Məmmədov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR