Binəqədi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatına görə, hadisə dünən saat 16:00 radələrində baş verib.İçərisində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi bölməsinin əməkdaşları olan avtomobil qarşıdan gələn və ötmə əməliyyatı yerinə yetirən “Toyot Prado” avtomobili ilə toqquşub.Hadisə nəticəsində polis maşınında olan iki polis əməkdaşından biri – inspektor Eşqin Məmmədov dünyasını dəyişib, yaralılar isə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.