Bakıda yol qəzalarından şok görüntülər - VİDEO

Bakıda yol qəzalarından şok görüntülər - VİDEO
Bütün Xəbərlər
12:12 08.11.2011
2564
Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yanvar-sentyabr aylarında respublikada 2237 yol qəzası qeydə alınıb. Qəzaların 984-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu hadisələrdə 368 nəfər ölüb, 929 nəfər xəsarət alıb.Ümumilikdə isə bu il ölkədə baş verən qəzalar zamanı 712 nəfər ölüb, 2459 nəfər müxtəlif dərəcəli xəsarət alıb.Qəzaların 847-si piyadaların vurulması olub. Bu hadisələrdə 266 piyada ölüb, 645 nəfər yaralanıb.Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, bu ilin 9 ayında Bakıda 1018 yol qəzası zamanı 261 nəfər həlak olub, 1117 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR